Haqqımızda

Firuzə restoranı - artıq 30 ildən çox, bizimlə olan qədim Bakı əfsanəsinin dirçəlişidir! Firuzə restoranı öz ziyarətçilərinə həm milli, həm də Avropa mətbəxinin geniş çeşidlərini təklif edir. Bizim qonaqlardan heç kəs restoranımızın koloritli interyerinə biganə qalmır, Azərbaycan xalçaları və qədimi mis qab-qaşıqlar fonunda şəkil çəkdirmədən getmirlər, milli kəlağayı və araqçınları öz üzərində sınamaqdan özünü saxlaya bilmirlər! Firuzə restoranı – işgüzar qəlyanaltı və şam yeməyi, banket və ya sadəcə dostlar və yaxınlarınızla xoşagələn bir mühitdə xoş axşam keçirmək üçün gözəl yerdir. Hamınızı qədim Bakı şəhərinin müasir ürəyində - Fəvvarələr meydanında yerləşən bizim restoranımıza qonaq gəlməyə dəvət edirik!